17 C
Baku
Sunday, May 26, 2024

Naxçıvandan Kəngərliyə işləyən avtobusların sayı artırılıb

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Nəqliyyat Xidməti sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan şəhərindən Kəngərli rayonunun Xok kəndinə və əks istiqamətdə hərəkət edən avtobusların sayını artırıb.

Nazirlikdən məlumata görə, marşrut xəttinə sınaq məqsədilə əlavə 2 iritutumlu avtobus salınıb.

Bu avtobuslar gün ərzində Naxçıvandan Xoka 2 reys (07:40-18:00) və Xokdan Naxçıvana 2 reys (08:20 -18:40) yerinə yetirəcək.

Xatırladaq ki, hazırda həmin marşrut xəttində gün ərzində 12 reys olmaqla sərnişindaşıma fəaliyyəti həyata keçirilir. Ümumi istifadədə olan marşrutlarının sayının artırılması vətəndaşların rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişini təmin edəcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər