3 C
Baku
Monday, March 4, 2024

Naxçıvanın 2023-cü il üçün büdcəsi 614 mln. 652 min manat müəyyən olunub

“Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün dövlət büdcəsinin xərcləri 614 milyon 652 min 500 manat müəyyən olunub. Bunun 132 milyon 222 min manatı Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri hesabına, 482 milyon 430 min 500 manatı isə Naxçıvana ayrılan dotasiya hesabına tənzimlənəcək”.

Bunu altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından sonra jurnalistlərə müsahibəsində Ali Məclisin deputatı Anar İbrahimov bildirib.

Ali Məclisin digər depuatı Ehtimad Məmmədov isə deyib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ona hədəflənib ki, muxtar respublika dotasiyadan asılı olmasın və mümkün qədər özü özünü maliyyələşdirsin.

Qeyd edək ki, sessiyada Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib. Fuad Nəcəfli çıxış edib və müvafiq tapşırıqlar verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər