Naxçıvanın bank sektorunda son vəziyyət – 85 milyon manatdan çox kredit verilib

2021-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 85 milyon 314 min 500 manat məbləğində kreditlər verilib.

Baner.az Rəsmi Statistik Göstəricilərə istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 36.4 faiz çoxdur.

Verilmiş kreditlərin 12 milyon 284 min 300 manatı və yaxud 14.4 faizi qısamüddətli, 73 milyon 30 min 200 manatı və yaxud 85.6 faizi uzunmüddətli kreditlər olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.