-1 C
Baku
Sunday, December 15, 2024

Naxçıvanın Baş naziri: Sahibkarlığın inkişafı üçün 66 milyon manatdan çox kredit verilib

“Yeni dövlət idarəçiliyi modelinin tətbiqindən sonra həyata keçirilən islahatlar və əldə olunan uğurlu nəticələr həqiqətən də geniş ictimaiyyəti düşündürən aktual məsələdir”.

Bu fikirləri Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bildirib.

Baş nazir qeyd edib ki, 2023-cü ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank, kredit təşkilatları və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına, ümumilikdə, 66 milyon 885 min manat kredit verilib: “Verilmiş kreditlərin 4 milyon 410 min manatı və ya 6,6%-i sənayenin, 6 milyon 493 min manatı – 9,7%-i ticarətin, 4 milyon 434 min manatı və ya 6,6%-i kənd təsərrüfatı, 51 milyon 548 min manatı – 77,1%-i isə digər sahələrə verilmiş kreditlərin payına düşüb. Cari ilin yanvar-mart ayları ərzində muxtar respublikada fəaliyyət göstərən banklar vasitəsilə mal-material və avadanlıq alınması üçün xarici ölkələrə 20 milyon 395 min ABŞ dolları, 4 milyon 717 min avroməbləğində vəsait köçürülüb”.

Son xəbərlər
Digər xəbərlər