Naxçıvan Muxtar Respublikasının büdcə layihəsində aparılan təhlillər bəzi istiqamətlər üzrə xərclərin nəzərdə tutulmasının, uçotunun və hesabatlılığının vahid büdcə təsnifatına uyğun olmadığı barədə qənaətə gəlməyə əsas verib.
Bu barədə Hesablama Palatasının məlumatında bildirilib.
Bildirib ki, aparılan analitik təhlil zamanı funksional təsnifatın bölmə, köməkçi bölmə, praqrafları və iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri üzrə ümumilikdə 0,8 mln.manat əhatə edən uyğunsuzluqlar müəyyən edilib.
Qeyd edilib ki, ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı xərclərin (0,8 mln.manat) təhlili göstərir ki, bu xərclər müxtəlif köməkçi bölmələr və paraqraflar üzrə proqnozlaşdırılmalı olsa da, “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi üzrə nəzərdə tutulub.







