13 C
Baku
Friday, April 19, 2024

“Naxçıvanın çətin duruma düşməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İranda koronavirus təhlükəsi ilə bağlı Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdırmasına münasibət bildirib.

E. Özoral açıqlamasında bildirib ki, məhdudiyyətlər fevralın 23-də axşam saat 17.00 radələrində qüvvəyə minib.

E. Özoral qeyd edib ki, İranda koronavirus təhlükəsi ilə əlaqədar Dilucu sərhəd-keçid məntəqəsində də bəzi tədbirlər görülüb: “Bu tədbirlərlə bağlı Azərbaycanın rəsmi dairələrinə lazımi məlumatlar verəcəyik. Türkiyə rəsmiləri Azərbaycan rəsmiləri ilə əlaqə saxlayır, müzakirə aparırlar. Naxçıvanın çətin duruma düşməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”.

Səfir Dilucu sərhəd-keçid məntəqəsində məhdudiyyətlərlə bağlı tədbirlərin yeni tətbiq olunmağa başlandığını söyləyib: “Bu gün həmin tədbirlərin konkret nələrdən ibarət olacağı dəqiqləşəcək”.

©APA

Son xəbərlər
Digər xəbərlər