13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Naxçıvanın daxili işlər naziri işdən çıxarıldı

Naxçıvanın daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Qeyd edək ki, F.Ələkbərov Vasif Talıbovun qudasıdır. O, Naxçıvanın DİN rəhbəri vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu.

Naxçıvan DİN-nin keçmiş rəhbəri Əhməd Əhmədov külli miqdarda narkotik qalmaqalına görə vəzifəsindən azad olunmuşdu.

Mənbə:Unikal.org
Son xəbərlər
Oxşar xəbərlər
X