6 C
Baku
Sunday, January 12, 2025

Naxçıvanın iki şəhərinin baş planının hazırlanmasına başlanılır

Naxçıvan Muxtar Respublikasının Babək və Culfa şəhərlərinin baş planlarının hazırlanmasına başlanılır.

Belə ki, artıq bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hazırlıq işlərini yekunlaşdırıb.

Məlumata görə, Komitə hər iki şəhərin baş planlarının hazırlanması işlərini Fövqalədə Hallar Nazirliyinin tabeliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Babək şəhərinin baş planının hazırlanması Komitəyə 171,1 min manata, Culfa rayonunun baş planının hazırlanması isə 179,4 min manata başa gələcək.

Qeyd edək ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu 2008-ci ildə dövlət qeydiyyatına alınıb. İnstitutun qanuni təmsilçisi Namazov Müsədin Əhməd oğludur.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər