Naxçıvanın sabiq daxili işlər nazirinə yeni vəzifə verildi

Keçən ilin dekabrında Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilən polis polkovniki Rəşad İsmayılova yeni vəzifə verilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Həmin idarənin rəis müavini olan polis polkovniki Mahir Məmmədov isə öz xahişi ilə sərəncama çıxıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər