11 C
Baku
Monday, November 25, 2024

Naxçıvanın sosial-iqtisadi inkişafına dair dair Dövlət Proqramıyla əlaqədar portal yaradılıb

Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 -ci illər üçün Dövlət Proqramı”-nda nəzərdə tutulan monitorinq və hesabatlıq portalı təqdim edilib.

Bu barədə Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı monitorinq və hesabatlıq portalını təqdim edib.

Qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən portalda yerləşdirilən məlumatlar əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri Nazirlər Kabinetinə təqdim olunacaq.

 

Son xəbərlər
Digər xəbərlər