Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 27 milyon 457 min 60 ABŞ dolları təşkil edib.
Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ticarət dövriyyəsinin 2 milyon 611 min 380 ABŞ dollarını və ya 9,5%-ini ixrac olunmuş məhsulların, 24 milyon 845 min 680 ABŞ dollarını və ya 90,5%-ini isə idxal məhsullarının dəyəri təşkil edib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 10,2%, o cümlədən ixrac 1,5%, idxal isə 11,2% artıb.