20 C
Baku
Monday, October 7, 2024

Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu ilin ilk ayında 8% artıb

Bu ilin ilk ayında Naxçıvan xarici ölkələrlə 31 milyon 918 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Banker.az Naxçıvan Statistika İdarəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2.8% azdır.

Muxtar respublikanın ixracının dəyəri 24.166milyon ABŞ dolları, idxalının dəyəri isə 7.752milyon ABŞ dolları olub.

Son nəticədə ötən ay xarici ticarətdə 16,414 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 7.5% çoxdur.

Son xəbərlər
Digər xəbərlər