30 C
Baku
Monday, July 1, 2024

Naxçıvanın xarici ticarət dövrüyyəsinin müsbət saldosu 281 milyon manata çatıb

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan MR xarici ölkələrlə 386 milyon 846 min 600 ABŞ dolları dəyərində ticarət əməliyatı aparıb.

Banker.az Yerli Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.6% çoxdur.

Yanvar-oktyabr ayları ərzində muxtar respublikanın ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 334 milyon 49 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, xarici ticarətdə 281 milyon 251 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıb ki,  bu, illik müqayisədə 0,02 % çoxdur.

Son xəbərlər
Digər xəbərlər