10 C
Baku
Thursday, December 12, 2024

Naxçıvanın “Yaşıl enerji” Konsepsiyası hazırlanır

Naxçıvan Muxtar Respublikasının “Yaşıl enerji” Konsepsiyasının hazırlanmasına başlanılıb.

Bu barədə Naxçıvanın Dövlət Energetika Xidmətindən bildirilib.

Məlumata görə, muxtar respublika ərazisində “Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təklif etdiyi 7 992 hektar əkinə yararsız torpaq sahələri müəyyənləşib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın “Yaşıl enerji” Konsepsiyasının hazırlanması, dövlət-özəl tərəfdaşlığı ilə alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasının davam etdirilməsi, yeni istilik elektrik stansiyasının tikintisi nəzərdə tutulub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər