Naxçıvanın yeni Baş naziri məlum oldu

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədovun muxtar respublikanın Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Ali Məclisin qərarını imzalayıb.

Qərara əsasən, Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

Qeyd edək ki, bu gün altıncı çağırış Ali Məclisin ikinci sessiyası keçirilib. Sessiyada muxtar respublikanın Baş nazirinin təyin edilməsi məsələsinə də baxılıb.