10 C
Baku
Tuesday, November 26, 2024

Naxçıvanla Türkiyə və İran arasındakı sərhədlər bağlandı

Azərbaycan-Türkiyə və Azərbaycan-İran arasında quru sərhədin bağlanması ilə bağlı məlumat yayılıb. Vətəndaşların ötən gündən etibarən Naxçıvan MR ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində yolda qaldığı bildirilir.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, nəticədə əksəriyyətini tələbələrin təşkil etdiyi minlərlə insanın uçuş bileti, hotel rezervasiyası batıb. Qeyri-rəsmi məlumatlara görə, sərhəd iki ay müddətinə bağlı qalacaq.

Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Hər iki qurumdan sərhədlərin bağlanıb-açılmasının onların səlahiyyətində olmadığı bildirildi. Sözügedən məsələyə cavabdeh qurum kimi Nazirlər Kabinetini göstərdilər. Hələ ki, NK sərhəddəki vəziyyətlə bağlı açıqlama verməyib.

İranın Azərbaycandakı səfirliyindən isə Sfera.az-a məsələdən xəbərdar olduqlarını bildiriblər: “Belə bir məlumatın yayılmasından xəbərdarıq. Amma bildiririk ki, hazırda sərhəd İran tərəfindən açıqdır. Sərhəd Azərbaycan tərəfindən bağlanılıb”.

Xatırladaq ki, Azərbaycan pandemiya səbəbindən quru sərhədər rəsmi olaraq qapalı olsa da, Naxçıvan ərazisindən Türkiyəyə keçid açıq idi. İran da xeyli müddətdir ki, qonşu ölkələrlə quru səhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Həmçinin Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər