4 C
Baku
Friday, March 29, 2024

Nazarbayevə verilən qızıl-briliyantlı ordeni həmyerlimiz hazırlayıb

Xəbər verildiyi kimi, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib və görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”nini təqdim edib. 

Həmin orden azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən hazırlanıb. 

Qeyd edək ki, Türk Dünyası Yüksək Nişanı olaraq qızıl və brilyantlardan hazırlanıb. Tamamilə ağ və sarı qızıldan hazırlanmış nişanın hazırlanması zamanı 6 ədəd 0,1 karat və 18 ədəd 0,015 karatlıq olmaqla, ümumilikdə 24 ədəd brilyantdan istifadə edilib. 

Nişanın çöldən ölçüsü 97,09 mm, daxili dairənin ölçüsü isə 64,30 mm-dir. Nişanın dizaynı Türk Konseyi ətrafında böyük bir dairə ətrafında toplanan 6 Türk Dövlətini simvollaşdıran 6 ədəd 8 güşəli ulduzdan ibarətdir. 

Hər ulduzun üzərində yerləşdirilən brilyant həmin dövlətin zəngin mədəni keçmişini və parlaq gələcəyini əks etdirir. 

Ümumilikdə nişanın hazırlanmasında 400 qram qızıl istifadə edilib. Böyük brilyantlar ətrafındakı 18 kiçik brilyant qaş güçlü Türk Dünyasının ətrafına saçdığı işıqları simvolizə edir. 

Nişanın mərkəzində yerleşən Türk Konseyinin emblemi tamamilə əl işidir. Ümumiyyətlə, nişan 100% əl işidir. 

Nişanla birlikdə, onun sahibinə beynəlxalq brilyant sertifikatı da təqdim ediləcək. 

Xatırladaq ki, 2015-ci ildə keçirilən 1-ci Avropa oyunlarının loqosu da, Türkiyənin 100 illiyi loqosu da dizayner Adəm Yunisova məxsusdur.

orden©Fed.az

Son xəbərlər
Digər xəbərlər