Nazarbayev istefasını Putinlə müzakirə edib

0

Rusiya lideri Vladimir Putin bu gün günorta saatlarında Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefonla danışıb.

Banker.az xəbər verir ki, bu barədə TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

O, Nazarbayevin istefasından əvvəl iki lider arasında təmasın olub-olmadığı barədə sualı cavablandırarkən deyib: “Bu gün gündüz prezident Putinin prezident Nazarbayevlə telefon söhbəti olub, amma biz bu danışığın məzmunu barədə informasiyaya malik deyilik. Kremlin mətbuat xidməti hazırda bunu heç cür şərh etmir”.

“Dövlət başçıları Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin səlahiyyətlərinin icrasını 20 mart 2019-cu il tarixindən dayandırmasına dair qərarı barədə danışıblar”, – deyə Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumat;nda bildirilib.

Qeyd edək ki, bu gün Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev gözlənilmədən vəzifəsindən istefa verib. O, bu barədə qərarını televiziya vasitəsilə xalqa müraciətində bəyan edib.