Prezident Nursultan Nazarbayev parlamentdə rus dilində danışmağı qadağa edib.
Qazaxıstan prezidentinin təlimatı ilə parlament və hökumət idarələrində qazax dilində danışılacaq.
İlk yığıncaq fevralın 27-si baş tutub. Və bütün çıxışlar qazax dilində olub.
Xatırladaq ki, Nazarbayev bir müddət əvvəl informasiya naziri Dauren Abayevlə görüşərək dilin etibarını artırmaqla bağlı təlimat verib: “Latın əlifbasına keçid müddəti xalqımız üçün tarixi baxımdan önəmlidir. Qazax dilinin etibarını artırmaq üçün işlər davam etdirilməlidir. Hökumət və parlament iclasları qazax dilində keçirilməli, vətəndaşlarımızın bu məsələdə haqları tapdanmamaıdır”.
Qazaxıstan prezidenti həmçinin qeyd edib ki, sinxron tərcümələr də qazax dilində aparılmalıdır.