3 C
Baku
Cümə, Dekabr 3, 2021

Nazarbayev partiya sədrliyindən gedir

Qazaxıstanın birinci Prezidenti-elbası Nursultan Nazarbayev iqtidardakı “Nur Otan” partiyası sədrinin səlahiyyətlərinin Prezident Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay bildirib.

“Partiyanın siyasi şurasının genişləndirilmiş iclasında Nursultan Nazarbayev “Nur Otan” partiyası sədrinin səlahiyyətlərini Kasım-Jomart Tokayevə ötürmək qərarına gəlib. Səlahiyyətlərin ötürülməsi proseduru partiyanın nizamnaməsinə uyğun şəkildə həyata keçiriləcək”, – A. Ukibay vurğulayıb.

Qeyd edək ki, Qazaxıstana 30 il rəhbərlik edən Nursultan Nazarbayev 2019-cu il martın 20-də prezident postundan istefa versə də, Təhlükəsizlik Şurasının rəhbəri və “Nur Otan” partiyasının sədri postlarında qalıb.

Son xəbərlər
Oxşar xəbərlər
X