Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri olan Nursultan Nazarbayev vəzifəsindən kənarlaşdırılıb.
Banker.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım Tokayev xalq müraciətində bildirib.
Bu gündən etibarən Qazaxıstanın Təhlükəsizlik Şurasına sədrliyi Kasım Tokayev edəcək.
Qeyd edək ki, bu günə qədər Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri Nursultan Nazarbayev idi.
Yanvarın 5-də dərc olunmuş prezident fərmana görə, Prezident Kasım Toqayev konstitusiyanın 70-ci maddəsinə uyğun olaraq hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Alixan Smailov aralıq dövr üçün baş nazir təyin olunub.
Yeni hökumət formalaşanadək kabinetin indiki üzvləri vəzifələrinin icrasını davam etdirəcəklər.
Toqayev daha öncəki fərmanıyla yanvarın 19-dək Almatı, paytaxt Nur-Sultan, Manqistau regionları və Janaozendə fövqəladə vəziyyət elan edib.
Hökumət istefaya getməzdən öncə Mangistauda maye qazın bir litri üçün 50 tenge ($0.11) tarifini bərpa edib. Bu, bazar qiymətinin yarısından da aşağıdır.
Amma bu addım Mangustaunun administrativ mərkəzi Aktauda etirazçıları sakitləşdirməyib. İntimak meydanına 6 minədək etirazçı çıxıb.