1 C
Baku
Saturday, December 14, 2024

Nazarbayevdən prezidentliyə namizəd təklifi

Qazaxıstanın ilk dövlət başçısı, hakim “Nur Otan” partiyasının sədri Nursultan Nazarbayev 9 iyunda keçiriləcək seçkilərdə hazırkı prezident Kasım-Jomart Tokayevin namizədliyini irəli sürməyi təklif edib.

Bu barədə Nazarbayev partiyanın XIX növbədənkənar qurultayında çıxışı zamanı bildirib. 

“Mən Tokayevi uzun illərdir tanıyıram. Bu gün ölkədə bu ən yüksək vəzifəyə onu ən layiqli namizəd hesab edirəm. O, uzun illər Xarici İşlər Nazirliyinə rəhbərlik etməklə ölkənin xarici siyasətini mənimlə birlikdə quranlardan biridir. Tokayev mənim Milli Fondun yaradılmasına dair fikirlərimi dəstəkləyib. Həmçinin, Senatın spikeri kimi qanunvericilik işinin inkişafına böyük töhfələr verib. O, bütün bu illərdə mənə sadiq yoldaş olub, bütün təşəbbüslərimi dəstəkləyib. Ona inanıram”,- deyə eks-prezident vurğulayıb.

Qeyd edək ki, Qazaxıstanı 30 ildir idarə edən N.Nazarbayev martın 19-da istefa verib. Bundan əvvəl Senatın sədri olan K.Tokayevin prezident səlahiyyətləri 2020-ci ildə başa çatır.

©Qafqazinfo.az

Son xəbərlər
Digər xəbərlər