18 C
Baku
Sunday, April 28, 2024

Nazarbayevin bacısı oğlunun cinayət işi üzrə qanunsuz çıxarılan 1 mlrd. dollardan çox vəsait ölkəyə qaytarılıb

Qazaxıstanın hüquq-mühafizə orqanları birinci prezident Nursultan Nazarbayevin bacısı oğlu Kayrat Satıbaldıyuluna qarşı iş çərçivəsində ölkədən qanunsuz çıxarılan 464 milyard tengedən çox (1 milyard dollardan çox) vəsaiti ölkəyə qaytarıb.

Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da Qazaxıstan məhkəməsi mənimsəmə işi üzrə Kayrat Satybaldyulini 6 il müddətinə azadlıqdan məhrum edib. Martın 13-də Respublikanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti onu vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom”un vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək saxlayıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər