27 C
Baku
Thursday, July 25, 2024

Nazarbayevin qardaşı oğlu Korrupsiyaya Qarşı Mübarizə Xidmətindən xaric edilib

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Yerbol Nazarbayev Korrupsiyaya qarşı Mübarizə Xidməti orqanından xaric edilib.

Bu barədə bu gün qurumun mətbuat xidməti məlumat yayıb.

“İctimaiyyətdə yayılan video ilə əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Xidməti aşağıdakıları elan edir: 26 yanvar 2022-ci il tarixində Agentliyin sədrinin əmri ilə Nazarbayev Yerbol Agentliyin xüsusi departamentinin rəis müavini vəzifəsindən azad edilib. O, 2022-ci il aprelin 14-də Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin orqanlarından xaric edilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Yerbol Nazarbayev Nursultan Nazarbayevin qardaşı Bolatın oğludur. Bundan əvvəl sosial şəbəkələrdə şüşələri qaraldılmış avtomobildə polis tərəfindən saxlanılan Yerbol Nazarbayevə bənzəyən şəxsin əks olunduğu video yayılıb.

Son xəbərlər
Digər xəbərlər