15 C
Baku
Şənbə, May 28, 2022

Nazarbayevin qızı istefa verdi: “Mənə vəzifə lazım deyil”

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva deputatlıqdan istefa verib.

Bu barədə Nazarbayeva bəyanat yayıb.

“Bu gün mən Milli Məclisin deputatı kimi istefa verirəm və bütün diqqətimi sosial, humanitar, mədəni və xeyriyyəçilik fəaliyyətlərinə yönəltmək qərarına gəlmişəm. “Nur Otan” partiyasına səs verən Qazaxıstan xalqına, partiyadaşlarımıza və ölkə rəhbərliyinə mənə göstərilən etimada görə minnətdaram. Faciəli Yanvar hadisələri göstərdi ki, dinc səma olmadan, Qazaxıstan xalqının birliyi olmadan ölkəmizin firavanlığı və daha da inkişafı mümkün olmayacaq. Baş verən hər şey bütün xalqımız üçün böyük faciədir. Hesab edirəm ki, baş verənlərin hamısını hərtərəfli və obyektiv araşdırmaq lazımdır, bunun nəticəsində günahkarlar ədalətli cəzalandırılmalı, günahsızlar azadlığa buraxılmalıdır. Biz, qazaxıstanlılar, bütün cəmiyyətimiz “Qara Yanvar”ın acı dərslərini öyrənməli və bunun bir daha təkrarlanmaması üçün əlimizdən gələni etməliyik.

Vətənimizin bu günü və gələcəyi naminə, onun milli suverenliyini və müstəqilliyini qoruyub saxlamaq, sülh və təhlükəsizlik naminə cəmiyyətin birliyini, həmrəyliyini nümayiş etdirməliyik. Mən bundan sonra da ölkəmə və onun maraqlarına xidmət edəcəyəm. Bunun üçün isə vəzifələr lazım deyil”, – deputat Dariqa Nazarbayeva müraciətində bildirib.

MənbəModern
Son xəbərlər
Oxşar xəbərlər