Nazarbayevin qızı prezident seçkilərində iştirak etməyəcək

Qazaxıstan Senatının rəhbəri Dariqa Nazarbayeva prezident seçkilərində iştirak etməyəcək. Bu barədə Senat dəftərxanasının rəisi Saul Mustafayev açıqlama verib.

Beləliklə, ölkə Senatının keçmiş sədri Kasım-Jomart Tokayevin prezident seçilmə şansları xeyli artıb.

Xatırladaq ki, ölkənin ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Nazarbayeva martın 20-də Senat sədri seçilib.

Onu da qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər