25 C
Baku
Sunday, August 10, 2025

Nazarbayevin qızı Qazaxıstan senatının sədri seçilib

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqə Nazarbayeva yenidən ölkə parlamentinin yuxarı palatasının (senatın) sədri vəzifəsinə seçilib.

Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunub RİA Novosti-yə istinadən xəbər verir ki, bir müddət öncə Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Nazarbayevanın bu vəzifəyə namizədliyini irəli sürüb.

Dariqə Nazarbayeva Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin böyük qızıdır. Nazarbayev bu ilin martında prezident vəzifəsindən istefa verib.

Dariqə Nazarbayeva 2016-cı ilin sentyabrından etibarən parlament senatının deputatıdır. 2019-cu ilin martında o, senatın spikeri seçilib.

Qeyd edək ki, Nazarbayevanın deputat səlahiyyətlərinin avqustda başa çatmasından sonra Tokayev onu yenidən senatın deputatı kimi təyin edib.

Sputnik.az

Son xəbərlər
Digər xəbərlər