2 C
Baku
Saturday, December 14, 2024

Nazir: “Əhalinin gəlirləri inflyasiyanı üstələyib”

“Dünya iqtisadiyyatında gərginlik və risklər daha da artmaqdadır. Buna səbəb Rusiya-Ukrayna savaşının daha da şiddətlənməsidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, gərgin geosiyasi şərait və torpaqlarımızın azad olunması ilə Azərbaycan iqtisadiyyatının gələcəyi üçün aparılan bərpa və quruculuq işləri büdcə siyasətinə öz təsirlərini göstərir:

“Cari ilin 10 ayında profisit 23 milyard ABŞ dollarına çatıb. Profisitin böyüməsinə əsas səbəb neft və qaz ixracı olub. Əmək bazarında da “ağarma prosesləri” gedir və bununla ölkəmizdə iqtisadi artım dəstəklənir”.

Nazir bildirib ki, inflyasiya artıb: “Buna beynəlxalq ərzaq bazarında olan artımlar təsir edir. Dünya ərzaq qiymətləri indeksi cari ilin oktyabr ayında 0.1 % azalıb. İdxal olunan inflyasiya bizdə də artıb. Cari ilin 10 ayında əhalinin real gəlirləri inflyasiyanı üstələyib”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər