6 C
Baku
Monday, December 16, 2024

Nazir əhaliyə su ilə bağlı çağırış etdi

“Vətəndaşlar sudan səmərəli istifadə etməyə maraq göstərməlidirlər”.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycan su ilə bağlı stress yaşayan ölkələrdəndir:

“Təəssüf ki, sudan istifadədə hələ də istədiyimiz nəticəyə nail ola bilməmişik. Bu gün ölkədə olan suyun həcminin 90 %-dən çox hissəsi regionlarda kənd təsərrüfatı üçün təmin edilir”.

Nazir bildirib ki, əsas hədəflər sırasında suyun uçotunun aparılması, düzgün bölüşdürülməsi, yerlərdə fermerlər tərəfindən səmərəli formada istifadəsidir:

“Təəssüf ki, bu gün ölkədə hələ də köhnə qaydalarla sudan istifadə edilir. Lakin 3-4 il əvvəlki su həcmi və ehtiyatları ilə müqayisədə görülən tədbirlər müsbət nəticə verir. Bu il çaylarda sululuq da yaxşı olub. bu da su ehtiyatları baxımdan daha əlverişlidir. Suyun səmərəli istifadəsi bütün risklərdən və çağırışlardan bizi xilas edə bilər. Bütün koordinasiyalı işlər məhz bu hədəfə yönəlib. Bu gün bu sahəyə ciddi nəzarət olunur”.

 

 

Son xəbərlər
Digər xəbərlər