“Orta məktəblərin 10 və 11-ci sinif şagirdlərinin məktəblərə 15 oktyabr tarixindən qayıtmasını planlaşdırırıq”.
Bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmirullayev bildirib.
E. Əmrullayev nəzərə çatdırıb ki, sentyabrın 15-dən isə qeyd olunan siniflər üçün tədris onlayn olacaq.