“Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə yaradılan 3+3 platformasını ilk dəstəkləyən ölkələrdən biri də İran olub”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Artıq 10 dekabr tarixində xarici işlər nazirlərinin müavinləri çərçivəsində ilk görüş keçirilib. Bu region üçün olduqca əhəmiyyətli bir platformadır”, – nazir vurğulayıb.