“Diqlas 1” və “Diqlas 2” ticarət mərkəzləri var. İlkin məlumata görə, “Diqlas 1”-də təxminən 60, “Diqlas 2”-də isə 111 mağaza olub”. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, İşçi Qrupunun əsas vəzifələrindən biri də bu rəqəmləri tam dəqiqləşdirməkdir.
Nazir həmçinin qeyd edib ki, sahibkarlara təklif olunan yeni məkanlarda onlardan ilk 4-5 ay ərzində heç bir icarə haqqı alınmayacaq: “4-5 aydan sonra isə onlara təqdim edilən yeni yerlərdə 20%-dək güzəştlər olacaq”.