2019-cu ilin yanvar-may aylarında Azərbaycanda 95 mindən artıq əmək müqaviləsi bağlanıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Ötən 5 ay ərzində 95 mindən artıq əmək müqaviləsi bağlanıb. Bu göstərici 2018-ci ildə imzalanan müqavilələrin sayından çoxdur (91,3 min – İF), 2016-2017-ci illərin analoji göstəricisi isə 50% artıqdır”, – Babayev bu gün bildirib.
Nazirliyin məlumatına görə, həmçinin qeyri-dövlət sektorunda 66,268 min müqavilə bağlanıb.
Babayev əlavə edib ki, cari ilin əvvəlindən ölkə üzrə əmək haqqı fondu 17-18% artıb.
İnterfax