6 C
Baku
Sunday, March 3, 2024

Nazir 50% ucuzlaşma vəd edir

“Azərbaycanın kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi bu sahədə xərcləri 20-30 faiz azaltmağa imkan verəcək”.

Banker.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Azərbaycanda ilk dəfə “AgTech and Green Energy” aqrar və yaşıl texnologiyalar mövzusunda keçirilən beynəlxalq forumda deyib.

Nazirin sözlərinə görə, bununla məhsudarlığın artırılmasına nail olmaq mümkün olacaq ki, bu da ərzaq məhsullarının 45-50 faiz ucuzlaşmasına səbəb olacaq.

İ.Kərimov bildirib ki, bu gün ölkədə aqrar sektor iqtisadi inkişafın aparıcı istiqamətidir və son illərdə bu sahədə nəzərəçarpan nəticələr əldə olunub:

“Buna misal olaraq cari ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsulları istehsalının 4,3 faiz artdığını göstərmək olar. Bundan başqa, Azərbaycan bu gün aqrar məhsulların ixracatçısına çevrilib”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər