17 C
Baku
Saturday, May 4, 2024

Nazir: “Ali təhsil müəssisələrinin maliyyələşdirilməsinə yenidən baxmaq lazımdır”

“Ali təhsil müəssisələrinin nəzdində texnoparkların yaradılmasına başlanılıb. Bu istiqamətdə işlər davam etdirilir”.

Banker.az Reporta istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında təhsil naziri Mikayıl Cabbarov deyib.

mikayil cabbarov
Mikayıl Cabbarov, Təhsil Naziri

M.Cabbarov qeyd edib ki, ali təhsil müəssisələri üçün kadrların hazırlanması diqqət mərkəzindədir.

Onun sözlərinə görə, təhsil müəssisələrində elektron kitabxanaların yaradılması istiqamətində də işlər davam etdirilir.

Nazir qeyd edib ki, təhsil sahəsində bəzi problemlər mövcuddur: “Ali təhsil müəssisələrinin maliyyələşdirilmə mexanizminə yenidən baxmaq lazımdır. Təhsil müəssisələrinin öz elmi işlərini həyata keçirmələri üçün maliyyələşdirilmə həyata keçirilməlidir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər