Nazir: “Azərbaycan Yekaterinburqda logistik mərkəz yaradacaq”

0
Şahin Mustafayev

“Azərbaycan tərəfi Yekaterinburq şəhərində logistik mərkəzi yaradacaq”.

Report agentliyinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, uzun müddətdir davam edən danışıqlardan sonra Azərbaycan Yekaterinqburqda logistik mərkəz yaradacaq.

Nazir bildirib ki, sabah iki tərəfin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək: “Bu biznes-forumda da bununla bağlı artıq müvafiq memorandum imzalanacaq. Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin müvafiq şirkəti arasında bu logistik mərkəzinə Azərbaycan istehsalı olan meyvə-tərəvəzin təchizi istiqamətində işlərin təşkili baxımından vacib sənəd imzalanacaq”.