5 C
Baku
Friday, February 23, 2024

Nazir “Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən danışıb

“Azərbaycanın 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın qəbul edilməsi inkişafın yeni mərhələsinə keçid üçün şərait yaradacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Real TV”nin efirində deyib.

“Bizim təcrübəmizdə ilk dəf startegiya tamamilə kollekttiv sənəddir. Strateji sənədin hazırlanması zamanı yaradılmış işçi qruplara müvafiq sahələrin və nazirliklərin rəhbərləri başçılıq edib. Bizim əsas hədəflərimiz cəmiyyətin rifahı, ölkə iqtisadiyyatının qlobal dəyər yaratma zəncirinə inteqrasiyası, innovativ istiqamətin və milli iqtisadiyyatın maliyyə dayanıqlılığının gücləndirilməsidir”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, bu strategiyadan ortaya çıxan bütün sənədlər və tədbirlər qəbul ediləcək. Nazir əlavə edib ki, strategiya Azərbaycanın sosial-iqtisadi həyatının bütün tərəflərini əhatə edir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər