Azərbaycan hərbçilərinin Qəzzada beynəlxalq stabilizasiya qüvvələrində iştirakı ilə bağlı qərar yoxdur.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“Stabilizasiya qüvvələrinin fəaliyyət mexanizmi necə olacaq, mandatın nə kimi xüsusiyyətləri olacaq, mandatın müddət məsələsi, digər ölkələrin iştirakı, sülh planının tam qəbul edilib-edilməməsi kimi bir çox açıq suallar mövcuddur. Mən bu siyasını uzada da bilərəm. Təəssüf ki, bu mövzularla bağlı biz ünvanladığımız suallara cavab almamışıq. Ona görə də bizdə olan məhdud məlumatlar bu mövzuda qərar qəbul etməyimizi qeyri-mümkün edir. Qəzzada bərpa-quruculuq məsələsi ilə bağlı isə bizə müraciət daxil olmayıb. Belə bir müraciətin edildiyi halda, əlbəttə ki, biz bunu nəzərdən keçirəcəyik”, – nazir qeyd edib.








