16 C
Baku
Friday, April 26, 2024

Nazir: “Azərbaycan İSELS qiymətləndirmə layihəsinə qoşulacaq”

“Azərbaycan 2023-cü ilin mayında Beynəlxalq Qiymətləndirmə Assosiasiyasının keçirdiyi İSELS qiymətləndirmə layihəsinə qoşulacaq”.

Bunu təhsil naziri Emin Əmrullayev “Rəqəmsal iqtidadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda II Beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər bir qiymətləndirmə layihəsinə qoşulmaq müəyyən mənada cəsarət tələb edir:

“Əvvəlcədən proqnozlaşdıra bilərəm ki, nəticələrimiz elə də yüksək olmayacaq. Bu, yarış deyil. Udmaq və ya uduzmaq üçün deyil, öz vəziyyətimizi bilmək üçün qoşuluruq. Bu qiymətləndirmə lV-VIII siniflər arasında keçiriləcək. Mən həmişə qeyd edirəm ki, Azərbaycan PISA-ya qoşulub, amma bu gün az danışılan mövzulardan biri PISA-dır. Hətta tənqid etmək istəyirsinizsə, bizi tənqid edə biləcəyiniz məlumatlar bu hesabatlardadır. Azərbaycan təhsilini konstruktiv və əsaslı şəkildə tənqid etmək üçün mənbələr var. Amma yenə də deyirəm ki, mahiyyət etibarilə elmi tədqiqatlara əsaslanaraq sistemimizi daha irəli apara bikərik. Nəyin ki, emosional şəkildə şəxsi istəklərinizi ifadə etməklə”.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər