“Bu ilin fevral ayında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan – Türkiyə Hökumətlərarası Komissiyası çərçivəsində əldə edilmiş razılığa əsasən, hazırda iqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Türkiyənin Varlıq Fondunun nümayəndələri arasında birgə investisiya fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Bu iş sürətlə irəliləyir”.
Bunu nazir Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair “Dəyirmi masa”da bildirib.
“Azərbaycan – Türkiyə birgə investisiya fondunun yaradılması prioritet sahələri əhatə edən, strateji əhəmiyyətli investisiya layihələrinin çevik maliyyələşdirilməsini təmin edə bilər”, – deyə o, qeyd edib.