Azərbaycan üzərindən 2022-ci il ərzində keçən yüklərin həcmi təxminən 75 % ətrafında artıb və bu yüklərin böyük əksəriyyəti dəmir yolu vasitəsilə aşırılan yüklər olub.
Bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, təxminən yüklərin 70 %-i dəmir yolu vasitəsilə aşırılıb, qalan hissəsi isə avtomobil nəqliyyatı ilə olub:
“Bu yüklərin aşırılması özü-özlüyündə yalnız tranzitin Azərbaycandan keçməsi anlamına gəlmir. Bu, Azərbaycan iqtisadiyyatında əlavə dəyərin yaradılması, yeni iş yerlərinin açılması, ölkə büdcəsi üçün yeni gəlirlərin, yeni vergi mənbələrinin yaranması anlamına gəlir”.