10 C
Baku
Thursday, April 10, 2025

Nazir: Azərbaycan və Avropa istehlakçıları arasında qaz müqavilələri imzalana bilər

Azərbaycan və Avropa istehlakçıları arasında uzunmüddətli qaz müqavilələri imzalana bilər.

Bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müqavilələrin imzalanması Avropa İttifaqı üçün ən vacib zəmanət olacaq.

Nazir qeyd edib ki, Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi iki dəfə artaraq, 14 milyard kubmetrə çatıb.

“Azərbaycan və Avropa istehlakçıları arasında uzunmüddətli qaz müqavilələri imzalana bilər. Bu, Avropa İttifaqı üçün ən vacib zəmanət olacaq. Dəhlizin genişləndirilməsi birmənalı şəkildə Avropanın enerji gücünü artıracaq ki, belə bir əlaqələndirilmiş və güclü əməkdaşlıq ilə Azərbaycan, Avropa İttifaqı, enerji şirkətləri, regional iştirakçılar və maliyyə təchizatları – biz Cənub Qaz Dəhlizini artıq yeni səviyyə qaldıracağıq. Bunun üçün çalışmalıyıq”, – Pərviz Şahbazov vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər