13 C
Baku
Friday, November 22, 2024

Nazir: “Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb”

“Azərbaycanda dağ-mədən sənayesinin sürətli inkişafı “məsuliyyətli mədənçi” prinsiplərinin tətbiqini zəruri edir. Bu sektorda mütərəqqi və ətraf mühitə dost texnologiya və standartlardan istifadə əsas prioritet olmalıdır”.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Geologiya-Mədənçilik Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, “Məsuliyyətli mədənçi” ekoloji cəhətdən və insan sağlamlığı baxımından təhlükəsiz fəaliyyətə, sosial məsuliyyətin təmin olunmasına hədəflənməlidir.

M.Babayev bildirib ki, son illərdə iqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işlərinin miqyası genişlənib.

Nazir vurğulayıb ki, həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb:

“Hazırda respublikamızda geoloji kəşfiyyat və dağ-mədən sənayesini səciyyələndirən təqdiqat sənədlərinin saxlanıldığı vahid informasiya sistemi olan Dövlət Geoloji İnformasiya Fondunun məlumat bazasının elektronlaşdırılması və onun əlçatanlığının təmin edilməsi istiqamətində işlər görülür”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər