İndiyə qədər Azərbaycandakı sənaye zonalarında ümumi investisiya dəyəri 7.18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i və yaxud 51.9 %-i istehsal fəaliyyətinə başlayıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Onun sözlərinə görə, artıq sənaye zonalarına 6.56 milyard manat investisiya artıq yatırılıb və 10 600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 0.616 milyard manat investisiyanın yatırılması və 4 800-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.