11 C
Baku
Monday, November 25, 2024

Nazir: “Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1.8 dəfə artıb”

Son illərdə Azərbaycan iqtisadiyyatın və əmək bazarının sürətli şəffaflaşdırılması müşahidə edilir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 470 minədək, o cümlədən qeyri-neft özəl sektorda 446 minədək artıb ki, bu da, əmək bazarının əhəmiyyətli leqallaşdırılmasına dəlalət edir: “Aktiv vergi ödəyicilərinin sayı isə 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2024-cü il tarixə 1,8 dəfə artaraq 795 min təşkil edir”.

M. Cabbarov bildirib ki, 10 ayda ölkə iqtisadiyyatı 4,9 % artıb ki, bu da, qlobal iqtisadi artımla bağlı gözləntilərdən 1,7 faiz bəndi yüksəkdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər