“Son illər iqlim dəyişikliyi nəticəsində daşqınlar, sellərin sayı çoxalıb. Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir”.
Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.
O deyib ki, zəlzələ hər zaman olur və baş verdiyi vaxt bilinmir: “Sadəcə, fəsadlarının az olması üçün işlər aparılır. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra binaların dayanıqlılığı yoxlanılıb və proses hər zaman davam edir”.