13 C
Baku
Saturday, November 23, 2024

Nazir: “Azərbaycanın mənafeyini qorumaqda qərarlı olduğumuzu hər kəsin bilməsi lazımdır”

“Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyat ən qısa zamanda normallaşmalıdır. Bunun üçün bölgənin təhlükəsizliyi vacibdir”.

Bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla videoformatda görüş zamanı bildirib.

“Qarabağın minalardan təmizlənməsi üçün əməkdaşlarımızı ora göndərdik, hazırda onlar işləyirlər. Azərbaycanlı qardaşlarımız da bu işi öyrəniblər və bizə dəstək verirlər. İnşallah ən qısa zamanda oralarda təmizləmə işlərini başa çatdırıb həyatın normallaşmasına töhfə verəcəyik. Ölkəmiz, xalqımız və torpağımızın xarici təhdidlərə və təhlükələrə qarşı qorunması bizim üçün çox önəmlidir. Bu mövzuda həmişə hazır olmalıyıq. Türkiyənin Azərbaycanın haqqını və mənafeyini qorumaqda qərarlı olduğunu hər kəsin bilməsi lazımdır”, – o deyib.

Son xəbərlər
Digər xəbərlər