Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcun məbləğindən 3 dəfə çoxdur. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.
“Azərbaycanın xarici borcu ÜDM-in 18%-nə bərabərdir. Valyuta ehtiyatları borcdan 3 dəfə çoxdur”, – deyə Ş.Mustafayev qeyd edib.
Onun sözlərinə görə, bu iqtisadiyyatın xarici çağırışlara qarşı dayanıqlığını təmin etməyə imkan verəcək.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan Aİ ilə əməkdaşlığln genişləndirilməsində maraqlıdır. O bəyan edib ki, yüksək səviyyəli nümayəndələrin səfərləri əklaqlərin inkişafına təkan verir. “Gələn həftə Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Azərbaycana gələcək”, – deyə nazir əlavə etdi.