9 C
Baku
Thursday, December 12, 2024

Nazir azərbaycanlı milyarderi $800 milyonluq sərmayəyə görə tənqid etdi

Rusiya Baş Nazirinin birinci müavini, Maliyyə naziri Anton Siluanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı azərbaycanlı milyarder Vahid Ələkbərovun sahibi olduğu “Lukoyl” şirkətini tənqid edib.

Siluanov Rusiyada vergi endirimlərindən yararlanan “Lukoyl”un Konqoda yatağa investisiya qoyduğuna təəccübləndiyini açıqlayaraq şirkətləri ölkə daxilində sərmayə qoymağa üstünlük verməyə çağırıb.

“Bizə həmişə müraciət edib deyirlər ki, “bizə əmanətlər üzrə, mineral ehtiyatların hasilat vergisi üzrə güzəştlər edin”. Bu, məni həmişə narahat edir. İndi oxuyuram ki, bizim hörmətli “Lukoyl” şirkətimiz Konqoda yataqlardan birinə 800 milyon dollar sərmayə qoyub. Biz isə onlara vergi sahəsində endirimlər edirik. Burada belə bir sual ortaya çıxır: Bəs bizim güzəştlərimiz hara gedir? Bizim, yoxsa xarici iqtisadiyyata?!

Mən burada biznesin sosial məsuliyyəti barədə danışmıram, təəssüf ki, ona heç kim əhəmiyyət vermir. Amma ən azı Rusiyaya investisiyalar qoyula bilər. Üstəlik, çoxlu layihələrimiz var. Əgər biz sizə güzşətlər ediriksə, o zaman xahiş edirəm ki, investisiyalarınızı bura yatırın. Mən bunu bütün qəlbimlə arzulayıram”.

Ölkənin Maliyyə nazirinin bu sərt açıqlamasından sonra şirkətdən cavab gecikməyib.

“Lukoyl”un açıqlamasında belə deyilir: “Anton Siluanov investisiya məsələsi ilə bağlı bütün təfərrüatları bilmir. Belə ki, bu qərar Konqo Prezidentinin Rusiyaya səfəri zamanı onun Prezident Vladimir Putinlə görüşü zamanı qəbul edilib. Ona görə də, bu sərmayə Rusiya büdcəsindən və Rusiya mənbələrindən deyil, şirkətin Rusiyadan kənarda əldə etdiyi vəsaitlər hesabına yatırılıb”.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər