Azərbaycan Hava Yollarına (AZAL) verilən subsidiyanın onun hesabında saxlanılması məsələsi qaldırılmışdı.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, subsidiya bir neçə halda verilir: “Subsidiyalar ayrılan şirkətlər tərəfindən mütləq şəkildə istifadə olunmalıdır. AZAL-ın hesabında bu subsidiyanın qalıq kimi qalmasını qəbahət kimi görmürük. Bizdə olan məlumata görə, AZAL-ın hesabında 8,3 milyon manat qalıq il sonunda qalmışdı”.